31 
mar
2022
08:41
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağstafada Avtomobil dərəyə aşdı

31 mar, 2022
08:41
356

Ağstafada avtomobil dərəyə aşıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində “VAZ” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın