12 
iyn
2022
01:21
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İngiltərədə PKK tərəfdarları azərbaycanlıya HÜCÜM ETDİ - FOTO

12 iyn, 2022
01:21
9107

PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.
Məlumata görə, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib.
Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər.
"Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar", - hücuma məruz qalan azərbaycanlı deyib.
Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız "Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər", - əlavə edib.
















Bizimlə əlaqə saxlayın