E-mail: [email protected]
“İmkansız vətəndaşlar məsxərəyə qoyulur” - Bu verilişlər məhkəməyə veriləcək
“Nəcib Jurnalistlər” İctimai Birliyi sosial layihə adı altında hazırlanan bir sıra proqramlarda mənəvi dəyərlərimizin ayaqlar altına salınmasına, efirlərə dəvət edilən insanların şərəf və ləyaqətlərinin təhqir edilməsinə etiraz olaraq açıqlama yayıb.
Lent.az-a daxil olan məlumata görə, qurumun rəhbəri Mətləb Salahov bildirib ki, bu tip verilişlər nəciblik, insanlara dəstək olmaq missiyasından çox-çox uzaq, ilk növbədə kimlərinsə maddi və reklam maraqlarına xidmət edir: “Təsəvvür edin ki, intellektual səviyyəsi və aparıcılıq qabiliyyəti aşağı olan “aparıcılar” tərəfindən həm mənəvi dəyərlərimiz, həm o cür proqramlara dəvət edilib məsxərəyə qoyulan imkansız vətəndaşlarımız hər gün təhqir olunur.
Xüsusilə insanlara maddi kömək adı altında efilərdəki qaranlıq işlər daha dözülməzdir. Biz hesab edirik ki, həm mənəvi, həm də maddi olaraq insanlara ziyan vuran bu tip verilişlərin bağlanması üçün məhkəmə qərarı qaçılmaz və vacib addım olacaq.”