13 
iyn
2022
10:06
119

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yol polisindən qəza ilə bağlı AÇIQLAMA

13 iyn, 2022
10:06
12119

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
 
İdarədən Modern.az-a bildirilib ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108 kilometrliyində - Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Qeyd edilib ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb:
 
"Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir".
 
Rəsmi məlumatda qəza zamanı ölüm faktının qeydə alınmadığı vurğulanıb. Həmçinin, faktla bağlı araşdırma aparıldığı qeyd olunub.

Bizimlə əlaqə saxlayın