17 
iyn
2022
19:08
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Azal" Naxçıvan camaatına BELƏ PROBLEM YARADIR... - "Pulumuz qurtardığından oteldə qala bilmirik..."

17 iyn, 2022
19:08
23113

“Sərnişin sayı artdığından Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə bileti tapmaq müşkülə çevrilib. Sıxlığa səbəb Bakıdan qonşu ölkələrə, xüsusilə Türkiyəyə təyyarə biletlərinin xeyli bahalaşması göstərilir. Bir çox sərnişinlər ucuz başa gəlsin deyə xarici ölkələrə getmək üçün Naxçıvanın quru ərazisindən istifadə etməyə üstünlük verir. Bu isə Naxçıvana uçan təyyarələrə uzun növbələr yaradır”.
Bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda bildirilib.
Şəmkir rayonundan olan şikayətçi Vahid Əliyev deyib ki, Naxçıvandan Bakıya qayıtmaq üçün bir neçə gündür bilet tapa bilmir:
“Oğlumu müalicə üçün məcburi Türkiyəyə aparmalı idim. Quru yollar bağlı olduğundan AZAL biletləri bir neçə dəfə qaldırıb. Ucuz yol axtarırdım ki, dedilər, Naxçıvandan quru yolla Türkiyəyə getmək ucuz başa gəlir. Bilet alıb təyyarə ilə Naxçıvana, oradan da Türkiyəyə getdik. Ucuz başa gəldiyindən qayıdanda da Naxçıvan yolunu seçdik. Ancaq burada kassaya getdik, dedilər ki, bilet yalnız 20 gün sonraya var. Səhər tezdən gəlib növbəyə dursan, bəlkə, əlavə reysə bilet ala bilərsən. Səhər 5-də kassaya getdim ki, qarşısı adamla doludur. Bilet çatmadı. Növbəti gün də ala bilmədim. Pulumuz qurtardığından oteldə qala bilmirik. Burada elə tanışımız da yoxdur. Ona görə də aeroportda gecələməli oluruq. Nə qədər belə davam edəcək, bilmirik. Əlavə reyslərin sayı artırılsa, sıxlıq da aradan qalxar”.
Bakıya uçmaq istəyən Naxçıvan şəhər sakini Vahid Əliyevin sözlərinə görə, əlavə reyslərə biletlər tanışlıqla satılır:
“Səhər 5-də gəlmişəm, sırada 85-ci nəfərəm. Növbədəkilərin çoxu Türkiyədən, İrandan qayıdanlardır. Aviakassanın açılmasından 4-5 saat keçməsinə baxmayaraq, cəmi 40 nəfərə bilet satılıb. Mühafizə əməkdaşları sağdan-soldan tanışlarını içəri buraxır. Artıq pul alıb, bilet təşkil edir. Buna görə də növbəyə yazılanlar bilet ala bilmirlər. Məcburiyyət qarşısında qalıb növbəti gün yenidən növbəyə yazılmaq üçün saat 5-dən aviakassanın önünə gəlməli oluruq. Rayonlardan gələnlər elə aviakassanın binasının qarşısında gecələyirlər ki, növbələri əldən çıxmasın”.
Qeyd edilib ki, Bakıdan Naxçıvana və əks istiqamətə gün ərzində üç sabit təyyarə reysi həyata keçirilir. Sıxlıq yarandıqda isə, 1-2 əlavə reys xəttə buraxılır.
Xatırladaq ki, ötən gün millət vəkili Fazil Mustafa da Naxçıvana təyyarə biletlərinin tapılmaması barədə paylaşım edib.

Bizimlə əlaqə saxlayın