31 
mar
2022
11:29
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Putin Türkiyəyə gələcək - Çavuşoğlu

31 mar, 2022
11:29
661

Rusiya və Ukrayna nümayəndə heyətləri üçün İstanbulda qurulan sülh masası Türkiyəyə olan etimadın sübutudur.
 
Turkdunyasi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlamasında deyib.
 
XİN rəhbəri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini diqqətəə çatdırıb.
 
“İstanbul görüşü ilə bağlı son qərarlarını vermişdilər. Putin bizim prezidentimizə zəng edərək dedi ki, İstanbula nümayəndə heyəti göndərir. İkinci mərhələdə biz xarici işlər nazirlərini bir araya gətirməyə çalışırıq. Biz dünən nazirlərlə danışdıq, dedik ki, əlimizdən gələni edəcəyik. Ukrayna Rusiyaya təklifini çatdırdı, bunu rəhbərlərinə çatdıracaqlarını bildirdilər. Önümüzdəki günlərdə liderlər arasında ayrı-ayrı kanallar da var. Bu çərçivədə atılacaq addımlar, bir sözlə, bu həssas məsələlərdə əldə edilə biləcək anlaşmadan asılıdır. Ev sahibi və danışıqlar aparan ölkə olaraq dəqiq tarix deyə bilmərik. Ancaq 1-2 həftəyə daha yüksək səviyyəli görüşün ola biləcəyini dedilər. Hörmətli Putinin Türkiyəyə gəlməsi iddiası var, yüksək səviyyəli əməkdaşlıq toplantısı çərçivəsində Putindən tarix gözləyirik. Nə vaxt gələcəyi ilə bağlı heç nə demək mümkün deyil”, - deyə Çavuşoğlu vurğulayıb.

Bizimlə əlaqə saxlayın