apr
2022
14:21
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Daha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilib

1 apr, 2022
14:21
469

Müalicə məqsədilə ağır yaralanan üç qazimiz Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.

Bu barədə "YAŞAT" Fondundan məlumat verilib.

Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb. Qeyd olunub ki, qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Daha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilibDaha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilibDaha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilibDaha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilibDaha bir neçə qazi müalicə üçün Türkiyəyə göndərilib

Bizimlə əlaqə saxlayın