20 
iyn
2022
12:59
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah 37 dərəcə isti olacaq - HAVA PROQNOZU

20 iyn, 2022
12:59
2175

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyun ayının 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 

Bizimlə əlaqə saxlayın