21 
iyn
2022
15:31
118

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Generalın məhkəməsində zərərçəkmiş özünü yandırmaq istədi

21 iyn, 2022
15:31
21118

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin məhkəməsində intihara cəhd baş verib.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmağa cəhd edib.
 
Dərhal məhkəmə iclas zalının nəzarətçisi və polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Hadisənin qarşısı alınıb və Ə.Həsənəliyev zaldan çıxarılıb.
 
Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.
 
Qeyd edək ki, Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50 min dollar alıblar. Zərərçəkən məhkəmə prosesinə sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun çağırılaraq dindirilməsini istəyir. O, sözügedən cinayət işi üzrə 32 zərərçəkəndən biridir.(Kriminalqafqaz)

Bizimlə əlaqə saxlayın