apr
2022
14:53
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fərruxda tapılan insan qalıqları erməni cinayətlərinin sübutudur

1 apr, 2022
14:53
657


“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin miqyası çox böyükdür. Son 200 il ərzində ermənilər tərəfindən günahsız insanlara qarşı amansız qətliamlar, kütləvi qırğınlar törədiblər. Erməni vəhşiliyi Birinci Qarabağ müharibəsi dövründə də özünü qabarıq şəkildə göstərib”.
 
Turkdunyasi.az xəbər verir ki, Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
 
Deputat bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində dörd minə qədər vətəndaşımızın taleyi haqqında heç bir məlumat yoxdur: "Həmin dövrdə onlar əsir, girov və itkin düşüblər. Erməni girovluğunda olan insanların bir çoxu qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar. Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində də kütləvi məzarlığın aşkar edilməsi bunu təsdiqləyir.  Ehtimal edilir ki, bu məzarlıqda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş oğullarımızdır. Bu kimi hallar beynəlxalq humanitar hüququn normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyasının pozulmasıdır. Vaxtilə Fərrux kəndində qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının tapılması  həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin üstünün açılması baxımından vacibdir".
 
Millət vəkilinin sözlərinə görə, bu faktlar ermənilərin azərbaycanlılara qarşı soyqırımı siaysətinin tərkib hissəsidir:
 
“Ermənistanın 30 ilə yaxın işğalı altında olan ərazilərimzdə digər kütləvi məzarlıqların olması ehtimalı böyükdür. Çünki  dörd minə yaxın insanın taleyinin bu günə qədər məlum olmaması bunu deməyə əsas verir. Bir müddət öncə Edilli kəndində də kütləvi məzarlıq aşkar olunmuşdu. Dövlətimiz bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Əsir və girov düşmüş, itkin düşən insanların taleyinin öyrənilməsi ilə bağlı sistemli iş aparılır. Bilirsiniz ki, Prezidentimiz cənab İlham Əliyev hər zaman beynəlxalq müstəvidə bu məsələni vurğulayır. Ötən ilin dekabr ayında, həm də bu ilin fevralında dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emanuel Makronla görüşlərində Ermənistanın dörd minə qədər vətəndaşımızın taleyi və kütləvi məzarlıqların xəritəsini verməsini xüsusi qabardıb. Ermənistan bu barədə üzərinə öhdəlik götürüb və bu öhdəliyi yerinə  yerinə yetirməlidir”.


Bizimlə əlaqə saxlayın