apr
2022
16:16
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şeyma Subaşı Hakan Sabancı ilə görüntüləndi - FOTO

1 apr, 2022
16:16
658

Son günlərdə adı eşq dedi-qodularında hallanan türkiyəli məşhur milyarder Hakan Sabancı sosial media fenomeni Şeyma Subaşı ilə kameralara tuş gəlib.
Misirli iş adamı Mohammed Alsaloussidən ayrıldıqdan sonra Türkiyəyə qayıdan Subaşının adı Türkiyənin tanınmış ailəsindən olan milyarderlə hallanmağa başlayıb.
Keçən həftəsonu Yunanıstanda toy mərasimində birgə görünən cütlük İstanbula qayıtdıqdan sonra da tez-tez görüşməyə davam edir.
Bir məkanda dəvətə qatılan məşhurlar çıxışda söhbət edərkən kameralara yaxalanıblar. Onların həmin ərazidən birgə ayrılmamaları diqqət çəkib.
Subaşı jurnalistin sualına cavab olaraq Sabancı ilə sadəcə dost olduqlarını deyib. Sabancı isə sualları cavabsız qoyub.
İddialara görə, Hakan Sabancının anası Arzu Sabancı onların yaxınlığına razı olmayıb və oğlunun limitsiz kredit kartlarından birini bloklayıb.

















Mənbə: TV100

Bizimlə əlaqə saxlayın