apr
2022
16:20
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiya Ukraynada öz təyyarəsini VURDU

1 apr, 2022
16:20
564

Rusiya hərbçiləri Ukraynada təsadüfən öz təyyarələrini vurublar.
Turkdunyasi.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya elektron kəşfiyyatının (GCHQ) rəhbəri Ceremi Fleminq yeni kəşfiyyat məlumatlarını açıqlayarkən deyib.
O, həmçinin Ukraynadakı bəzi rus əsgərlərinin əmrləri yerinə yetirməkdən imtina etdiyini, ruhdan düşdüyünü və zəif təchiz olunduğunu bildirib: 

“Rusiya Prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. GCHQ hesab edir ki, Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar”.
Məlumat üçün bildirək ki, GCHQ Böyük Britaniya Hökumətinin Kommunikasiya Mərkəzi hökumət və ordu qurumlarının elektron kəşfiyyatı və məlumatlarının mühafizəsinə cavabdeh olan xüsusi xidmətdir. Bu xidmət MI5 və MI6 ilə bərabər Birgə Kəşfiyyat Komitəsinin üzvüdür.

Bizimlə əlaqə saxlayın