E-mail: [email protected]
Lent.az-ın 14 yaşı tamam olur
Turkdunyasi.az xəbər verir ki, Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür.
Lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.
Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.
Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.
Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.
Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.
Turkdunyasi.az informasiya portalının kollektivi həmkarlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!