iyl
2022
14:23
101

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncə Məhkəməsinə sədr və hakim təyinatları - ADLAR

1 iyl, 2022
14:23
9101

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Modern.az xəbər verir ki, sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.
 
Bundan başqa, Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini, Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin olunub.
 
Həmçinin sərəncamla aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:
 
Hüseynov Kənan Zakir oğlu
Hüseynov Zaur Nazim oğlu
İmanov Zaman Şakir oğlu
Şirinov Gündüz Əhməd oğlu
Tağıyev Cavid Tahir oğlu.

Bizimlə əlaqə saxlayın