4 
iyl
2022
01:10
117
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Səfər Mehdiyev son iclasda həbs olunan general haqda nə deyib? - Gizli məlumat üzə çıxdı
4 iyl, 2022
01:10
16117
Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası ilə bağlı Gununsesi.info-ya özəl məlumat daxil olub.
Məlumata qeyd edilir ki,əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.
Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.
Olduqca gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib:”Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.