apr
2022
18:21
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Baş Prokurorluq: Partlayışda 1 nəfər ölüb, 31 nəfər yaralanıb

3 apr, 2022
18:21
777

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakının mərkəzində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Prokurorluqdan Lent.az-a daxil olan məlumatda deyilir:
“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən  gecə klubunda  yanğınla nəticələnən partlayış baş vermişdir.
Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir”.



Bizimlə əlaqə saxlayın