E-mail: [email protected]
Daha bir Rəis oğlunun xaricdə biznesi Ölkədə isə mülkü ifşa oldu - FOTO
"DogruXeber.az" bildirir ki, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Mahmudovun oğlu Nicat Mahmudovun Londonda daha bir yeni şirkət açması üzə çıxıb.
Qeyd edək ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli şəxsi Facebook hesabında məlumat paylaşıb.
""Alabala" müəllimin nəvəsi Londonda yeni şirkət açıb. Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib. LONDONCAPSULE LIMITED İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq.
Nicat Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi ABEONA GLOBAL LIMITED isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge qəltan barı Şərifovun nəvəsinə məxsusdur."
Qeyd edək ki, Nicat Mahmudov Abid Şərifovun nəvəsidir.
Yeri gəlmişkən, diqqətinizə çatdırırıq ki, Şəki şəhərində, təbiət qoynunda, ən gözəl mənzərəli ərazidə yerləşən və fəaliyyət göstərən "Şəki park" otel də məhz Nicat Mahmudova məxsusdur.
Otelin Nicat Mahmudova məxsus olduğu barəsində məlumatlar yayıldıqda, Abid Şərifov jurnalistlərin bu barədəki suallarına belə cavab vermişdi:
"Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”.
Abid Şərifovun "üç mərtəbəli yataqxana" adlandırdığı otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir.
Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. Ümumilikdə Park hotel kompleksi 4 hektar ərazini əhatə edir.
Lakin, 22 yaşlı, gənc rəis oğlunun biznesləri yuxarıda sadalananlarla da bitmir. Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada “Abeona Global Limited” şirkətinə rəhbərlik edir.
2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.
Vurğulamaq istəyirik ki, bunlar yalnız mediaya məlum olan qədəridir.
Mövzuda adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az