E-mail: [email protected]
Partlayışda yaralananlardan yeni XƏBƏR VAR
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün ümumilikdə ambulator müalicə üçün 3 nəfər evə göndərilib.
"Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.