apr
2022
00:18
153

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə himayə edir

6 apr, 2022
00:18
7153

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ətraf Mühitin rəisi işlədiyi zaman meşələri məhv edənlərdən biri olmuşdur və buna baxmayaraq bu şəxs xəstə olduğu və pensiya çıxma vaxtına bir il qaldığı halda Muxtar Babayev onu gətirib Meşələrin İnkişafı Xidməti vəzifəsinə rəis təyin edib.

Etibarlı mənbədən daxil olan məlumata görə,
"meşə mafiya"sının aktiv üzvlərindən biri olan, Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Ağaqardaş Qaraşov, qudası orta ixtisas təhsilli ibtidai sinif müəllimi Adil Quliyev Əməyin mühafizəsi üzrə baş mütəxəssis işindən çıxıb və onun yerinə isə Ağaqardaşın xahişi ilə və deyilənə görə, Xalıqverdiyə nəyinsə müqabilində Adil Quliyevin oğlu vəzifəsi ixtisara gedən, mühasib köməkçisi işləyən Sadiq Quliyevə atasının yerini verir. Sözügedən ata-bala işlədiyi vaxta günlərlə işə gəlmirdilər. Yəni bunlar başı başqa işlərə qarışdığı üçün işə arada bir gəlib və gəlmədiyi günlərin yerinə "iş tabel"inə imza çəkirdilər.
Hətta Ağaqardaş Qaraşovun qudası Adil Quliyevlə şərik olaraq Masallıda bir neçə yerdə "meşə materialı" ilə işləyən mebel sexləri vardır. Respublikanın məktəb və digər ıdarələrinə Adil Quliyevin mebel sexlərində hazırlanan stol, stul və şkafları müqavilə ilə satılır.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşələrin mühafizəsi üzrə baş mühəndis Abturab Bağırov bu qədər elədiyi cinayətlərin fonunda hələ də iş başındadır. Bu şəxs orta ixtissas təhsilli qeyri-meşəçi olduğu halda Ağaqardaş və onun dostlarının sayəsində hələ də iş başındadır.

Mənbə qeyd edir ki, sözügedən ata-bala meşə materialları sayəsində hərəsi 100.000 manatlıq xarici maşın sürürlər.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.


Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə  himayə edir
Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə  himayə edir
Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə  himayə edir
Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə  himayə edir
Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə  himayə edir

Bizimlə əlaqə saxlayın