apr
2022
13:55
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistan peyk fotolarına cavab verə bilmədi... Paşinyan susur! - VİDEO

6 apr, 2022
13:55
775

Ötən ayın sonunda Ermənistan öz inventarında olan SU-30 tipli 4 döyüş təyyarəsini Ukraynada istifadə olunmaq üçün Rusiyaya göndərib. Təyyarələrin uçuş nöqtəsi İrəvanın Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi SU-30 qırıcıları yerli vaxtla saat 12:50-də yola düşüb. Saat 13:14-də onlar Rusiyaya çatdılar.
Ermənistan hökuməti bu addımı ilə Rusiyanın Ukraynada başlatdığı müharibənin iştirakçısı olub və işğala ortaq olub.
“Haber Global”ın açıqladığı həqiqət beynəlxalq mətbuatda böyük əks-səda doğurduqda Ermənistanın baş naziri Nikol Paşinyan panikaya düşərək xəbərin yalan olduğunu iddia etdi və “təyyarələrimiz heç vaxt torpaqlarımızdan çıxmayıb” deyərək ictimaiyyəti çaşdırmağa çalışdı. Hətta Ermənistana aid təyyarələrin ölkəni tərk etmədiyi görüntüsü yaratmaq üçün Suriyadan tələsik dörd ədəd SU-30 tipli döyüş təyyarəsi gətirildi. Paşinyan hətta o təyyarələri NATO attaşelərinə də göstərdi, amma unudulan bir şey var idi: peyk fotoları. Müasir texnologiya sayəsində həqiqət bir daha üzə çıxdı.
“Haber Global” tərəfindən əldə edilən bu peyk fotoşəkili 18 mart 2022-ci ildə çəkilib. Ermənistandakı aviabazada SU-30 tipli 4 döyüş təyyarəsi var.

İkinci şəkil 25 mart 2022-ci ildə çəkilib. Yer eyni olsa da mənzərə fərqlidir. Rusiyaya göndərilən SU-30 təyyarələri yox idi, onların yerini Miq-20 qırıcıları almışdı.

Ermənistan hələ də ötən həftə “Haber Global” tərəfindən paylaşılan peyk görüntülərinə cavab verməyib, daha doğrusu, verə bilməyib. Çünki həqiqət tam göz qabağında idi.
Paşinyan sükuta qərq olduğu halda, Ermənistan hakimiyyətinə yaxın “Telegram” kanalları çalxalandı.
Bu dəfə deyilənlər həqiqətin inkarı yox, etirafı idi. Şərhlərdə “Ermənistan suveren ölkədir, Rusiyaya təyyarə göndərmək bizim işimizdir, qərar səhv deyil” kimi fikirlər ön plana çıxdı. Ukraynanın işğalına dəstəyə gəlincə isə bu məsələnin üstündən keçildi.
Suriyadan gətirilən SU-30 təyyarələrini NATO nümayəndələrinə göstərdiyinə görə Paşinyan da tənqid olundu. Sosial şəbəkələrdə “Ermənistan suveren ölkədir, heç kimə heç nə sübut etmək məcburiyyətində deyilik, Paşinyan zəiflik nümayiş etdirdi” kimi fikirlər səsləndirilib.
Moskva-İrəvan xəttində böhran
Digər tərəfdən, bu məsələ Moskva-İrəvan xəttində böhrana səbəb oldu. “Haber Global”ın SU-30 təyyarələrinin erməni pilotlarla birlikdə Rusiyaya göndərildiyini açıqlaması da Ermənistandakı kəşfiyyat zəifliyini ortaya qoydu. Məxfi məlumatların mətbuata sızması Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətdə qoyub. İki ölkə arasında diplomatik gərginlik yaranıb.
İndi bütün gözlər Qərb ölkələrinin reaksiyasındadır. Dünya Ermənistanın Ukraynadakı işğalı dəstəkləməsinə göz yumacaq, yoxsa Ermənistan törətdiyi əməllərə görə məsuliyyət daşıyacaq?

Mövzu ilə əlaqədar

Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: “Haber Global”ın yayımladığı peyk görüntüləri Ermənistanı ifşa etdi - FOTOErmənistanın “Su-30” oyunu: Rusiyaya verilən təyyarələri əvəz etmək üçün Suriyadan qırıcılar gətirilib - VİDEO“Ermənistanın Rusiyaya təyyarələr verməsi onun faktiki olaraq Ukraynadakı müharibəyə qoşulması deməkdir”Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir - VİDEO

Bizimlə əlaqə saxlayın