20 
iyl
2022
17:02
169

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda meymun çiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

20 iyl, 2022
17:02
92169

“Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Lakin biz bu halları da istisna edə bilmərik”.
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ meymunçiçəyinə yoluxma olarsa, ilk faktı vaxtında aşkar etməkdir.

O qeyd edib ki, əgər şəxs özünü piss hiss edirsə, üz dərisində dəyişiklik, yaralar varsa, təcrid olunaraq həkimə müraciət etməlidir:
“Hazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur. Lakin əsasən təmas yolu ilə yoluxması müşahidə edilir. Burada uzunüddətli təmasdan söhbət gedir. Hər hansı bir şübhə varsa, həkimə müraciət etmək vacibdir. Meymunçiçəyinin səpkiləri suçiçəyi ilə müqayisədə daha dərində olur. Bunu ayırd etmək isə mütəxəssilərin işidir”.

Bizimlə əlaqə saxlayın