23 
iyl
2022
01:00
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Meşələrimiz nazir müavini Vüqar Kərimovun əlindən qan ağlayır

23 iyl, 2022
01:00
997

Azerinfo.az xəbər informasiya agentliyi etibarlı mənbələrə istinadən xəbər verir ki,
İsmayıllı rayonun Tircan kəndi ətrafında olan qiymətli meşə ağacları kəsilərək qeyri-qanuni yolla, kustar üsulla kömür hazırlayan kömürçülərə satılır.

Eyni zamanda ölkə ərazisində meşələrdən kəsilən ağacların bir qismi də kömürçülərə satılır.
Şamaxı, Oğuz və s. rayonlarda meşələrlə həmsərhəd olan kəndlərdə 1000-lə kömür quyuları vardır.

Onu da qeyd edək ki, bu gün ki, gün ölkəmizdə kömür istehsalına icazə yoxdur.

Yaxşı, bəs bu işin başında kim durur və kim bunlara icazə verir?. Redaksiyamıza daxil olan çoxsaylı mənbələrdən məlum olur ki, bu işin başında bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovla Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov durur.
Xalıqverdi Hüseynov Xidmətə direktor vəzifəsinə təyin olunandan sonra meşələrimizin tarixdə görmədiyi ən qara günləri başladı.
Hələ bu azmış kimi adları yuxarıda qeyd olunan dırnaq arası ekoloqlar görün nə oyun çıxardırlar?
Pensiyaya çıxmış hərbiçilər, komissar, digər idarələrdən qovulmuşları və s. gətirib Regional Meşə Idarələrinə direktor təyin etdirirlər.
Buna misal olaraq, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun pensiyaya çıxmış komissar olması, digər meşə idarələrində mühafizə sahələrində çalışanlar.
Bu gün ki, gün kifayət qədər ali təhsilli meşə və ekologiya mühəndisləri çöldə işsiz qaldığı halda, kifayət qədər dövlət tərəfindən pensiya alan və meşə kimi mürəkkəb bir sahəyə yad ixtissaslı kadrları ora yerləşdirməkdə məqsəd nədir?!
Möhüma Heraçiyev kimi əmlakdan qovulan birisini gətirib Meşələrin İnkişafı Xidmətinə rəis müavini təyin etdirməkdə məqsəd nədir?!
Möhüma müəllim heç ağacların cinsin belə tanımır və meşə haqda 4 sualdan heç 3-nə belə
düzgün cavab verə bilməz.
Ən gülməli və ağlamalısı odur ki, yoldaş Möhüma müəllimi gətirib Meşələrin İnkişafı Xidmətində işə götürənlərin müsabiqəsində münsif kimi otuzdurublar ki, guya bu onların bilik səviyyəsin yoxlayır.

Bunları camaatı nə hesab edirlər?!
Burada deyiblər: "Dağıl dünya".

Görün kimlərin əlində gülünc vəziyyətdə girinc qalmışıq.

Qarşı tərəfi dinləməyə hazırıq


Bizimlə əlaqə saxlayın