apr
2022
09:11
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı - FOTO

7 apr, 2022
09:11
770

Qəlyanaltı üçün universal və sağlam qida qoz-fındıqdır.
Bu barədə amerikalı diyetoloq Cessila Boll öz tövsiyələrində deyib.
O bildirib ki, ən ideal qəlyanaltı - daşınması əlverişli və demək olar ki, istənilən mühitdə yeyilə bilənidir və qoz-fındıq bu məsələdə əvəzedilməzdir. Diyetoloqun fikrincə, bu məhsul rahatlıqdan əlavə, yaxşı dad və bir çox faydalı xüsusiyyətlərə malikdir.
Qoz-fındıq insanı tox saxlayan yağ, lif və zülalla zəngindir. Bundan əlavə, onların tərkibində bədənin optimal işləməsi üçün zəruri olan maqnezium, E vitamini, sink və fol turşusu var. Müntəzəm olaraq qoz-fındıqla qəlyanaltı etmək ürək sağlamlığını yaxşılaşdırmağa və diabet riskini azaltmağa kömək edir.
Aclıq çox güclüdürsə, Boll qoz-fındıqlara quru meyvə, alma, pendir və ya tünd şokolad əlavə etməyi təklif edir.



Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın