E-mail: [email protected]
Nazirliyin işçisi Lerik meşələrində jurnalisti döydürmək istədi
Regionxeber.tv- nin redaksiyasına Hirkan Milli Parkında ağacların qırılması, torpaq zəbtləri, qanunsuz tikililər və kənd təsərrüfatı bitkilərin əkilməsi barədə məlumat daxil olmuşdur.
Əməkdaşımız sözügedən şikayəti araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Məhyəddinlə birlikdə Milli Parka yollanıblar.
Və 05.06.2022-ci il tarixdə 2 dolayın bəzi kvartalların da araşdırma aparıblar. Aparılan araşdırma zamanı 80 sm diametrində bir palıd cinsli ağacın qəzadan 1.2 metr hündürlükdə sınaraq aşdığını aşkar ediblər.
Aşkar olunan ağacın iri budaqları bir metr uzunluğunda matorlu mişarla muxtəlif hissələrə bölünmüşdür.
Məhyəddin əməkdaşımıza qorxutmaq üçün elə orada ona "bu yerlərdə gəzmək çox təhlükəlidir və 6 il bundan öncə buranın gözətçisi Talehi (göstətərərək) naməlum bir şəxs ov silahı ilə ürəyinin yan hissəsindən güllə ilə vurmuşdur, xoşbəxtlikdən o sağ qalmışdır",-deyə bildirib.
06.042022-ci il tarixdə isə Milli Parkın Həftoni meşəbəyliyinin 21 saylı dolayında olmuşdular və oradan qayıdan zaman yol kənarında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin adı hələlik məlum olmayan ( , Telmanın meşəbəyisi olduğu meşəbəyi, Lerik ərazisində) dolayda müxtəlif cinsli ağacların kəsildiyini əməkdaşımız görüb və dərhal qırıntı olan yerə yaxınlaşmışdılar. Sözügedən ərazidə müxtəlif cinsli (yalan qoz, qızıl ağac, palıd, azat və s) 20 dən çox təzə köhnə kəsilmiş ağacları Aşkar etmişdilər.
Həmin ağacların diametri təqribən 40-60 sm və uzərlərində damğa olmamışdır.
Məhyəddin çox çalışmışdır kı, sözügedən qırıntıları sənətləşdirməsinlər və əməkdaşımıza bildirmişdi ki, biz bura Hirkan Milli Parkının yoxlamağa gəlmişik, Lənkəran RMTM-nın yox. Sonra əməkdaşımıza bildirmişdi ki, bu ağaclara akt tərtib olunub. Gah deyib: bura bələdiyyə ərazisidir və s."
Əməkdaşımız isə ona " əgər akt tərtib olunubsa, bəs onda bunların damğası niyə bəs yoxdur?"-deyə sorüşmüşdür .
Onlar orada 2 saatdan çox gözləməli olmuşdular.
Sonra Məhiyəddinin planı ilə bir qrup (5 nəfər ) Lerik qadınları sözügedən əraziyə gələrək ətrafdakıların üstünə hücum çəkib hay-küy salmışdılar, sonra isə əməkdaşımızın üstünə cumub ona vurmaq istəmişdilər və əməkdaşımız maşına oturaraq aradan çıxa bilmişdir.
Sonra isə Məhyəddin "əmkdaşımıza buralar çox təhlükəli yerdir və bura gəlmək çox təhlükəlidir"- deyə bildirmişdir.
Sonra onlar həmin meşəbəyliyin 28 saylı dolayında zəbtləri qeyd etməliydilər. Lakin onlar isə əmkdaşımızı aldadaraq başqa yeri göstəriblər. Yəni zəbtləri gizlətmək üçün. Gah deyiblər: "əlimizdə olan xəritə köhnədir , bu zəbtlər çox əvvəl olub və s."
Zəbtlər olan yerə getməyiblər. Halbu ki, Hirkan Milli Parkında 1.000 ha dan çox torpaq zəbt altındadır və Lənkəranın Şivi kəndi boyu tikilən evlər Milli Parkın ərazisidir. O tikililərin çoxu yenidir və Astara ərazisində olan Milli Parkın tərkibində olan torpaqlardır. Orada qanunsuz tikililər də salınıb və hətta kənd təsərrüfatı bitkiləri də əkilib.
Məhyəddin bildirib ki, bu tikililər qeydiyyata alınıb.
Əməkdaşımız bəs bunların aktları hanı? Niyə Bəs hüquq mühafizə orqanına bunların aktın yollamayıblar?
Məhyəddin isə bildirmişdi ki, sən elə danışırsan ki, güya göndəriləndə onlar bir tədbir görür?
Sən guya bilmirsən ki, vəziyyət necədir?
kimin qanunsuz tikdiyin indiyə kimi Məhkəmə sökdürüb?!
Milli Parkın 3 dolaylarının gəzdikləri kvartallarında 100 dən çox aşan ağacın şahidi olublar.
Əməkdaşımız Məhiyəddinə bildirib: "gəl bunlara akt yazaq və Məhyəddin isə "hər dolaya 2 aşmış ağac yazacam" -deyib. Məhyəddin həmin ağacları gizlətməyə çalışmışdı".
Aldığımız məlumata görə, bir il öncə Bir baş redaktoru da Lerik meşələrində Məhiyəddin döyürmüşdür.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.