E-mail: [email protected]
GORANBOY RAYONUNDA ŞƏHİD BULAQLARINA SAYGAC HANSI SƏBƏBDƏN QURAŞDIRILIB?
Əziz dostlar ötən ay sosyal şəbəkələrdə Səfikürd kəndi ərazisində inşa olunmuş Şəhidlər Bulagına saygac quraşdırılmasının videogörüntüsü yayılmışdır. Məndə bu videonu götrərək öz feyzbuk şəbəkəmdə paylaşaraq ictimailəçdirdim. Bu paylaşım ictimai-qınaqa səbəb oldu. Kimiləri pis, bəziləri isə yaxşı qəbul etdilər.
...Maraqlıdır 10 Milli Qəhrəmanı, 300-dən çox Şəhidi, neçəbelə Qazisi və müharibə iştrakçıları olub eyni zamanda onların qaygıları ilə maraqlanılaraq,problemlərinin dinlənilməsi,ailələrinin ziyarət edilmələrinin əsası Goranboy rayonundan qoyulsabelə bu gün bu adət ənənə bütün rayonlara örnək olub.
Bəs Şəhidin qanı və canı hesabına alınan torpagın üzərində fərəh hissi ilə biz gəzirik,onlar isə torpagın altında uyuyurlar, onların valideyinlərinin şəxsi vəsayiti hesabına inşa olunaraq istifadəyə verilən Şəhid-Bulaq -Abidə-Komplekslərinə niyə saygac quraşdırılır? Bu düşündürücü sual bizlərə də maraqlıdır. Cəmiyyətdə ictimai-qınaqlara səbəb olan bu məsəliyə aydınlıq bu cür gətrildi.
Şəhidlər Bulagından istifadə qaydaları səmərəli olmalıdır.
Şəhid Bulagının qarşısında avtomobil yumaq,
xeyir-şər qazanlarının yuyulması, şlank quraşdıraraq yun və qeyri ev əşyalarının yuyulması, həyətyanı sahələri suvarmaq düzgündürmü?
Bu qeyd edilən suallara düşünürəm ki, oxucular operativ cavab qeyd edəcəkdilər..
Biz hırbirimiz Şəhidlər Bulagından su içdiyimiz an onun səliqə-səhmanına fikir verməli, ətrafında olan məişət tullantılarını isə təmizləyərək qorunmasını diqqətimizdə saxlamalıyıq.
Bu məsələ ilə baglı Naftalan Şəhərində yerləşən Regional 7№ Sukanal İdarəsinin rəisi Xəqani Vəliyevin qəbulunda oldum.
Məni səmimi qəbul etdiyinə görə Xəqani Vəliyevə sonsuz təşəkkürümü bildirirəm.
Xəqani müəllim bucür halların ictimailəşərək sosial şəbəkələrdə yeralmasına açıqlama verdi.
Birçox Şəhid ailələrinin rəsmi müraciətləri əsasında Şəhid Bulaqlarına saygacın quraşdırılması özlərinin razılıqları ilə həyata keçirilib. Eyni zamanda saygac quraşdırılan bulaqların bir hissəsi İcra Hakimiyyıti, İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikləri və Bələdiyyələrin balansında qeydiyyata alınıb. SƏBƏB? Onlardan istifadə edilən sərfiyyatların ödənilməsi, müəyyən texniki səbəblərdən nasazlıq yarandıgı halda tədbirlərin görülməsi məqsədə uygundur. Bununla yanaşı rayon Sukanal İdarəsinin rəhbərləri sərfiyyatların ödənilməsini öz üzərlərinə götürmüşdür.
Goranboy rayon Səfikürd və Tatarlı kəndləri ərazisində inşa edilən Şəhidlər Bulagına saygacların quraşdırılması isə bu gün onların valideynlərini narahat edir.
Tatarlı kəndində Şəhid Emil Eldəniz oglu Həsənovun və Səməd Fizuli oglu Rzayevin adlarına olan Bulaqlarda quraşdırılan saygaclar təbiiki valideynlərini narahat edir.
Axı bu torpaq onların toysuz balalarının qanı və canı hesabına zad olub. Şəhid ailəsinin qapısına gedən su krantlarına və bulaqlarına saygac niyə quraşdırılmalıdır? MARAQLIDIR!
Bu gün isə sosial medyalar bu mövzunu diqqətdə saxlayaraq gündəmə gətirirlər.
Bu qədər Qəhrəman Goranboyda atılan addımlar,ugurlu işlərin kölgədə qalması Şəhid Bulaqlarına saygacların quraşdırılması səbəb olur.
Qeyd edim ki, rayon ərazisi, kənd və qəsəbələrdə inşa olunan Şəhid Bulaqlarına Goranboy rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları tərəfindən idarə və daxili imkanlar hesabına köməkliklər edilib.
Düşünürəm ki, bu məsələ aidiyyatı qrumlar tərəfindən araşdlrlaraq qanunamüvafiq qiymətləndiriləcək.
Mövzu diqqətimizdədir məsələ ilə baglı Şəhid ailələrinin müraciətlərini ictimaiyyətə təqdim edəciyik.
Elçin Tagıyev
İctimai-fəal,Prezidentə dəstək, Goranboy-Naftalan KİNB-nin üzvü, KANAL21-in baş redaktoru