29 
iyl
2022
00:04
85
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
ÜST meymunçiçəyinə qarşı vaksinasiyanı tövsiyə edir - VİDEO
29 iyl, 2022
00:04
985
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş şəxslə təmasda olanları, həmçinin yoluxma riski yüksək olan insanları - tibb və laboratoriya işçilərini peyvənd olunmağa çağırıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus vurğulayıb ki, hər bir fərd və cəmiyyət riskləri ciddi qəbul edib meymunçiçəyinə qarşı mübarizə apararsa, virusun yayılmasını dayandırmaq mümkündür.
Qeyd olunur ki, Kanada, Avropa İttifaqı və ABŞ-da meymunçiçəyi xəstəliyinin qarşısını almaq üçün “MVA-BN” adlı peyvənd artıq rəsmi olaraq təsdiqlənib.
Daha iki vaksin qiymətləndirmə mərhələsindədir.
Mənbə: Euronews