apr
2022
15:48
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Paytaxtın əsas prospektlərindən birində bir həftədir işıqfor işləmir - YENİLƏNİB + VİDEO

8 apr, 2022
15:48
767

Paytaxtın Cəfər Xəndan küçəsində işıqforun bir həftədir işləməməsi ilə bağlı məsələyə rəsmi qurumlar tərəfindən aydınlıq gətirilib. 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeleyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a verilən məlumata görə, sözügedən küçədə işıqforun işləməməsindən məlumatlıdırlar:
“Hazırda həmin ərazidə kabel yenilənməlidir. Bununla bağlı AAYDA-ya müraciət edilib. Yaranmış problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İşıqfor həftəsonu təmir olunacaq”.
15:00
Paytaxtın Azadlıq prospektində işıqforların işləməməsi nəqliyyatın hərəkətini çətinləşdirir.
RİATV.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, söhbət Cəfər Xəndan küçəsindən gedir. Məlumatda qeyd edilib ki, sözügedən küçədə artıq 1 həftədən çoxdur ki, işıqfor işləmir. Çarəsiz sürücülər etik qaydada bir-birinə yol verməklə qəza şəraitindən yayınmağa çalışırlar. 
Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın