avq
2022
11:46
76

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Meymunçiçəyinin əlamətləri hansılardır? - TƏBİB məlumat yaydı

4 avq, 2022
11:46
976

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyinin əlamətləri ilə bağlı əhalini məlumatlandırıb.
Qurumun yaydığı açıqlamada bildirilib ki, bu virusun əlamətlərindən biri baş ağrılarıdır:
“Bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü büruzə verə bilər”.
Vurğulanıb ki, əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın:
“Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.
Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın”.

Bizimlə əlaqə saxlayın