avq
2022
14:36
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah yağış yağacaq – PROQNOZ

7 avq, 2022
14:36
783

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq.
Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq. Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-65 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.

Bizimlə əlaqə saxlayın