13 
avq
2022
17:55
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyə ABŞ-dan “F-16” qırıcılarının satışının sürətləndirilməsini tələb edib

13 avq, 2022
17:55
956

Türkiyə ABŞ-dan “F-16” qırıcılarının alınması məsələsini tez bir zamanda həll etməyi tələb edib.
Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, Ankara tərəfi prosesi ləngiməsini istəmir və Vaşinqtondan satışı tezləşdirməsini istəyib.
“Bu səbəbdən o, Pentaqonla danışıqlar aparır və məsələnin ABŞ Konqresinə təqdim olunmasını tələb edir”, - deyə mənbədən bildirib və Konqresin müəyyən müddət ərzində məsələni təsdiqləməli olduğu vurğulanıb.
Qeyd edək ki, Ankara ABŞ-dan 40 vahid “F-16” qırıcısı almaq, həmçinin silahlandırmada olan daha 80-nini yeniləmək niyyətindədir.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Baydenin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı görüşə biləcəyi barədə məlumatlar var. Mümkün görüş zamanı Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilir.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın