17 
avq
2022
00:00
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şamaxıda da yanğın başladı

17 avq, 2022
00:00
963

dünən axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.
Rayon fövqəladə hallar komissiyasından “Qafqazinfo”ya verilən məlumata görə, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olunduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.
Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.

Bizimlə əlaqə saxlayın