17 
avq
2022
11:06
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

4 rayonda meşə yanğını hələ də davam edir - VİDEO

17 avq, 2022
11:06
1280

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
 
Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
 
Yanğınsöndürmə əməliyyatları davam etdirilir. Əlavə məlumat veriləcək.
 

Bizimlə əlaqə saxlayın