27 
avq
2022
22:04
105

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda 57 yaşlı qadın ana olub – FOTO

27 avq, 2022
22:04
9105

Bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib.
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq, hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib.
Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq, əməliyyat uğurla sonlanıb və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.
Əməliyyatdan sonrakı dövr fəsadsız keçib, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib. Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

Bizimlə əlaqə saxlayın