28 
avq
2022
10:59
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

38 dərəcə isti, külək - Günün havası

28 avq, 2022
10:59
1289

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Turkdunyasi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
 
Azərbaycanın rayonlarında hava  şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Bizimlə əlaqə saxlayın