E-mail: [email protected]
Göyçayda təbiət əldən gedir Gundem / Bolge / MaraqliOxunub: 78810 apr 2022 | 11:57
Taleh Khashmammadov adlı "facebook" istifadəçisi, həmin sosial şəbəkə üzərindən, öz hesabında Göyçayda ağacların kütləvi kəsildiyini paylaşıb.
Sözügedən paşlaşım:
"Göycay rayonunda Eldar Şamları və digər növdən olan ağacların "Nəsimi kimi dərisini soyurlar, Babək kimi doğrayıb, Mikayıl Müşfiq kimi yox edirlər".
2020-ci ilin sonlarindan etibarən Laçın-Kəlbəcər ermənilərilə Göycay erməniləri paralel olaraq təbiəti məhv etməyə qərar veriblər. Birincilərdən qurtulduq, bəs ikincilərdən necə qurtulaq...?
Məlumat üçün qeyd edim ki, 2020-ci ilin 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq Laçın və Kəlbəcəri tərk edən ermənilər gedərkən qisas məqsədilə ağacları kökündən çıxarıb, meşələri isə yandırırdılar. Məhz elə həmin vaxtdan da Göycay rayon ərazisində ağacların kütləvi şəkildə məhv olunmasına start verilmiş və indiyədək də həmin qanunsuz əməllər davam etməkdədir.
Əvvəlcə şəhər mərkəzində 118 ədəd Çinar ağacı, 100-dən çox şam və digər ağaclar məhv edildi. Rayonun Hüngütlü kəndində də eynilə Çinar və Qovaq ağacları olan meşəni məhv elədilər. Bu azmış kimi şəhərin şair Əli Kərim adına olan yeganə parkında Qırmızı kitaba düşmüş Eldar Şamları və başqa növdə Şam və digər ağacların qabıqları soyularaq, yandırılaraq, həmçinin suvarılması durdurulmaqla məhv edildi. Eləcə də 200-dən çox ağac isə gecə ilə kəsilərək yox edilib.
Bütün bu cinayətlərin başında Göycay rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri dayanmış olub. Park ərazisində bir qrup qanunsuz sahibkarlıq fəaliyyətinə cəhd edənlər də öz növbəsində sözügedən ağacların kütləvi şəkildə məhv ediləməsinə qeyri-rəsmi razılıq əldə ediblər.
Hüquq-mühafizə orqanları bu kimi cinayətlərə görə əvvəlcə susqun qalsalar da, hiss olunur ki, son vaxtlarda ciddi araşdırmalara başlayıb. Əslində rayonda təbiətin erməni xislətilə kütləvi məhv olunması əhalini şok vəziyyətə salıb. "Kimdir axı bunlar?" sualı hələ də açıq olaraq qalıb.
Bununla yanaşı ortaya sual çıxır ki, görəsən, şəhər qəbiristanlığından 100 metr aralı, "Fəxri və Şəhidlər Xiyabanı" ərazisində milyonlarla dəyəri olan ağacları kütləvi şəkildə kəsib, məhv edib yerində karusel, atraksion və kafe-restoranlardan ibarət "Əyləncə Mərkəzi" tikmək hansı "milli düşüncə"yə siğacaq işdir? Bəlkə də qisasçı ermənilik hissidir...?!"
Qarşı tərəfi dinləməyə hazırıq.