10 
apr
2022
15:01
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərdi -FOTO

10 apr, 2022
15:01
770

Vilayət Eyvazov DİN-in Polis Akademiyası rəisinin birinci müavinini yolasalıb
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in Polis Akademiyası rəisinin birinci  müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, professor, əməkdar müəllim Mahir Əhmədovu qəbul edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, Polis Akademiyası rəisinin birinci müavini kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını M.Əhmədova təqdim edib.

Bizimlə əlaqə saxlayın