sen
2022
22:37
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şamaxı Poçt Filialında NƏLƏR BAŞ VERİR? – Baş Prokurora MÜRACİƏT

7 sen, 2022
22:37
1295

Redaksiyamıza “Azərpoçt” MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə ünvanlı növbəti şikayət məktubu daxil olub.
Turkdunyasi.az xəbər verir ki, budəfəki şikayət məktubu Şamaxı Poçt Filialının kənd şöbələrinin rəislərindən gəlib.
Şikayətçi şöbə rəisləri yazır:
“Hörmətli cənab Baş Prokuror!
Sizə müraciət etməyimizin səbəbi Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlar, özbaşınalıq və xaosla bağlıdır. Bildirmək istəyirik ki, son zamanlar Şamaxı Poçt Filialında baş verənlərdə PF-nin Poçt Əməliyyatları üzrə mühəndisi Zamir Məmmədov və MXŞ-nin əməliyyatçısı Faizə Tağıyevanın birbaşa əli var.


Belə ki, Şamaxı Poçt Filialının yeni rəisi Mahir Babayevlə əvvəlcədən isti münasibət quran Zamir Məmmədov yaxın dost kimi hər gün onunla bir yerdə olmasından, gündəlik yeməyini, siqaretini və ev pulunu təmin etməyini öz üzərinə götürməsindən ağızdolusu danışaraq onun toxunulmaz olduğu mifi yaradıb. Mahir Babayevin ev, siqaret və yemək xərclərini ödəmək məqsədilə onun adından kənd şöbələrinin rəislərinə pul yığılması barədə xəbərdarlıq edib, imkan olmadıqda bahalı siqaret və ya telefonuna kontur yükləməyi tapşırıb. Əks təqdirdə, bir şeyi bəhanə edərək bizləri yeni rəisin əli ilə işdən çıxarılacağını bildirib.
Zamir Məmmədov Mahir Babayevlə olan dostluq münasibətlərindən yararlanaraq, onun vasitəsilə poçt müdiri təyin olunması üçün 10 min manat verəcəyinə söz verib. Qeyd edək ki, Mahir Babayevin arxasının “Azərpoçt”un baş direktorunun xüsusi nümayəndəsi Azər adlı şəxsə, Azərin isə arxasının şəkili nazir müavininə bağlı olduğu bildirilir. Hətta “Azərpoçt”un baş direktorunun Azərdən çəkindiyi söylənilir. Onu da bildirmək istəyirik ki, Azər rayon şöbələrinin rəislərindən “haqq” tələb edir, razılaşanlara himayədarlıq edir, etiraz edənləri isə şərləyərək Mahir Babayevin əli ilə işdən kənarlaşdırır. Necə ki, son üç ayda 2 şöbə rəisi bu yolla işdən azad ediliblər. Bundan başqa, Azərin arxası möhkəm olduğundan son zamanlar İsmayıllı Poçt Filialının rəisini belə işdən azad etdirmək istəyib. “Azərpoçt”un baş direktorunun xüsusi adamı olan Azər İsmayıllı Poçt Filialında yoxlama adı ilə olarkən pul müqabilində razılığa gəliblər. Və bu gün Azərin sayəsində İsmayıllı filialının rəisi meydan sulayır.
Hörmətli cənab Baş Prokuror!
Sizdən xahiş edirik, bu məsələ faktiki barələrində şikayət etdiyimiz şəxslərə bağlı olmayan nümayəndələriniz tərəfindən araşdırılsın.
Hörmətlə:
Zəhim Şükürov – Çuxuryurd PŞ-nin rəisi, Cilovlan Sadıqov – Qızmeydan PŞ-nin rəisi, Tağı Mirzəyev – Nağaraxana PŞ-nin rəisi, Rəna Salahova – Bağırlı PŞ-nin rəisi, Xatirə İbrahimova – 1 saylı PŞ-nin rəisi, Əlfin Heybətov – Quşçu PŞ-nin rəisi, Emin Salahov – Muğanlı PŞ-nin rəisi, Şahbaz Həmzəyev – Məlhəm PŞ-nin rəisi, Elçin Rəsulzadə – MXŞ-nin əməliyyatçısı, Umud Səməndərov – Mirikənd PŞ-nin rəisi və Asif Qəniyev – Cabanı PŞ-nin rəisi”.
Xatırladaq ki, bu yaxınlarda “Azərpoçt” MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror Kamran Əliyevə və “Təzadlar”a ünvanlı şikayət məktubunu dərc etmişdik. Nəticədə, Şamaxı Poçt Filialının rəisi Rövşən Mirzəyev vəzifəsindən azad edildi…
Məsələ ilə bağlı bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//

Bizimlə əlaqə saxlayın