12 
sen
2022
13:21
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ETSN-nin müavini Vüqar Kərimovun gül vurub gülab dolduran kadrları

12 sen, 2022
13:21
1278

İyul 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazir Muxtar Babayev xaricdə olan zaman, fürsətdən istifadə edərək Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşovun vasitəsi ilə tapdığı Nəsimi Nəsirovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirdi.

Hətta N.Nəsirov sözügedən vəzifəyə təyin olmamışdan 15 gün öncə biz xəbər portallarında bu barədə məlumat vermişdik ki, bu yaxınlarda Vüqar Kərimovun qeyri-meşəçi və meşə sahəsində çalışmayan adamı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor vəzifəsinə təyin olunur.

Çünki digər Regional Meşə Təsərrüfatlarında biz bunun əyani şahidi olmuşduq. Regional Meşə Təsərrüfatları Mərkəzlərinə son zamanlar təyin olunan əksər direktorlar qeyri-meşəçi və yad sahələrdən gələn, yaxud da dövlət idarələrindən qovulmuşlardır.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin adlarını çəkilməsini istəməyən bir neçə işçisi azinfo.tv xəbər portalına verdiyi məlumata görə, Nəsimi Nəsirov Mərkəzi çay evinə döndərib. Belə ki, bu şəxs 30 000-40 000 manat qırıntı ilə işdən çıxan Mərkəzin sabiq işçilərini təntənəli surətdə öz kabinetinə dəvət edir və hətta onların qarşısına çay da qoydurur.

Biz bunun səbəbini Nəsimi müəllimdən soruşduqda, o deyir, şikayətçiləri dilə tutub əlavə məlumatlar öyrənmək üçün belə edirəm.

Bu şəxs keçirdiyi iclaslarda dediyi söz ancaq bundan ibarətdir "Mənim Bakıda şirkətlərim var, böyük biznes sahibiyəm və heç nəyə ehtiyacım yoxdur. Bilməyənlər də bilsin ki, mən bu vəzifəyə gəlmişəm ki, pul qazanmağa yox, sadəcə olaraq meşələrin vəziyyətini düzəltməyə. Siz bilirsinizmi mən keçən ay əməkhaqqımdan əlavə öz cibimdən 600 manat xərcləmişəm və lazım gəlsə, yenə də xərcləməyə hazıram. Mən belə işlərə vəsait xərcləməkdən qürur duyuram."

İşçilər əlavə edir ki, Nəsimi Mərkəzimizə direktor təyin olunandan sonra bir dəfə də olsun belə dövriyyədə olan əkinlər barədə söz açmayıb və heç maraqlanmayıb da. Nəsimi gələndən sonra dövriyyədə olan əkinlərin bir qismi baxımsızlıqdan batıb.

Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın