E-mail: [email protected]
Dövlət meşələrində mal-qara saxlatdıran məmurlar kimlərdir+Foto - VIDEO
Redaksiyamıza ekologiya və ələxsus da ən çox meşələr barəsində daxil olan çoxsaylı şikayətlərin ardı-arası kəsilmir.
Şikayət ünvanlayan işçilərin verdiyi məlumata görə, bu qanunsuzluqların başında duran Ekologiya və Təbii Sərvətlər nazirin müavini Vüqar Kərimov və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir.
Azerinfo.az informasiya agentliyi xəbər verir ki, redaksiyamıza daxil olan şikayətlərdə bildirilir ki, Meşələrin Inkişafı Xidmətinin 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmri Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində icra olunmayıb.
Belə ki, sözügedən əmrdə Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Xidməti ərazilərində olan qanunsuz əkin, mal-qara ferması və torpaq zəbtlərinin aşkarlanıb hüquq mühafizə orqanlarına göndərilməsi göstərilsə də, həmin Mərkəzinin direktoru Qalıb Həsənov öz "dayday"sı Vüqar Kərimova arxayın olaraq sözügedən əmri icra etməkdən vaz keçib.
Əməkdaşlarımız yuxarıda göstərilən şikayətləri araşdırıb nə dərəcə də doğru olub- olmamasın öyrənmək üçün Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Xidməti ərazilərinə baxış keçirdib.
Keçirdikləri baxış zamanı sözügedən Mərkəzin müxtəlif meşə dolaylarında dəhşətli mənzərə ilə qarşılaşıblar. Belə ki, dövriyyədə olan əkinlərin əksəriyyətinin olmaması və yaxud da bitiş faizinin normadan aşağı olması, dövlət meşə fondunda kənd təsərrüfatı bitkilərin əkildiyi, meşələrdə zəbtlər, mal-qara örüşü və fermalar aşkar ediblər.
Əslində bu iş yerli Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşlarının işidir ki, sözügedən qanunsuzluqları vaxtında aşkar edib tədbir görsünlər.
Amma buna baxmayaraq, görünür nəyinsə müqabilində onlar buna göz yumub.
Onların əvəzinə isə biz jurnalistlər belə qanunsuzluqları və korrupsiya faktların ortaya çıxardırıq.
Biz dəfələrlə bu barədə xəbər saytlarında kifayət qədər məlumat vermişdik, amma buna baxmayaraq Ekologoya və Təbii Sərvətlər Nazirliyi heç bir reaksiya vermir. Sanki elə bil meşə bunların öz dədə-baba mülküdür və istədiyi kimi istifadə edə bilərlər. Daha doğrusu edirlər də.
Meşələrin İnkişafı Xidmətinin rəisi
Xalıqverdi Hüseynov Meşələrin başına istədiyi min oyunu açır və aidiyyatı orqanlar da bu qanunsuzluqlara göz yumur.
Sizə fotoşəkil və ərazinin sputnikdən xəritə çıxarəşı ilə təqdim edəcəyimiz Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində ( Bərdə rayonunun Əyricə kəndi yanında) olan iki müxtəlif yerdə olan mal-qara ferması və örüşlər.
Ərazinin koordinatları:
X-693211, Y-4480074.
X-693867 , Y-4479818.
Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq.