10 
apr
2022
20:27
98

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xocalı DYP-yə yeni rəis təyin edilib

10 apr, 2022
20:27
998

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Turkdunyasi.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Ramin Əliyev Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb. Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bizimlə əlaqə saxlayın