E-mail: [email protected]
Tərtərçaydakı karxanalar qanunsuz qum-çınqıl yataqlarını istismarı edir.
Ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Lakin bütün bunlara baxmayaraq hələdə Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işləri aparılır.
Belə ki, bir müddət bundan əvvəl Tərtərçay hövzəsində fəaliyyət göstərən 12 qanunsuz qum-çınqıl karxanası bağlanmışdır eyni zamanda həmin sahibkarlar məhkəməyə də verilmişdir və bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov mətbuata açıqlamada verdi. Amma çox çəkmədi ki, yenədə qum-çınqıl karxanaları əvvəl ki, kimi var gücü ilə fəaliyyətə başladılar. Təəssüflər olsun ki, sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulur, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verir, sahil bərkitmə bəndlərinə təhlükə yaranır, çay məcrası eroziyaya məruz qalır. Təqdim etdiyimiz video Şamxal adlı sahibkarın karxanasında qeydə alınıb. Videodan da açıq-aydın görünür ki, karxana var gücü ilə çalışır və ərazini yararsız hala salıb.
Ümid edirik ki, təqdim etdiyimiz bu faktlara Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov eləcədə Ekologiya və təbii sərvətlər nazirliyinin 9 saylı Ağcabədi rayon şöbəsi biganə qalmayacaq və adı çəkilən sahibkar barəsində qanuna müvafiq tədbir görüləcək. .
Mövzunu diqqətdə saxlayacayıq
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.