27 
sen
2022
10:39
182

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncənin içməli su təsərrüfatı etibarlı əldədir.

27 sen, 2022
10:39
12182

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulur, sakinlərin keyfiyyətli və fasiləsiz içməli su təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.
"Turkdunyasi".az xəbər verir ki, Haqlı olaraq ölkənin “ikinci paytaxtı” sayılan Gəncə şəhərində də əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilir. 
Heç şübhə yoxdur ki, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti layihələrin icrasından irəli gələn öhdəliklərini, üzərinə düşən digər mühüm vəzifələri yüksək keyfiyyətlə yerinə yetirəcəkdir. Çünki, TSC-nin rəhbəri, daha əvvəl həmin müəssisədə rəis müavini işləmiş Şöhrəddin Verdiyev öz işini bilən peşəkar kadrdır, çalışdığı sahənin mahir mütəxəssisidir, bacarıqlı təşkilatçıdır. Bu gün Şöhrəddin müəllimin səriştəli rəhbərliyi altında şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Yüzlərlə kilometr içməli su şəbəkəsi və magistral xətt inşa edilib, xeyli sayda çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, on minlərlə ədəd su sayğacı quraşdırılıb.  “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər də yüksək templə gedir. 
İstismar  müddətini başa vurmuş  köhnə, qəzalı xəttlər dəyişdirilir, binaların zirzəmiləri  və yağış quyuları təmizlənir, eləcə də binadaxili paylayıcı sistemlərdə əsaslı yenidənqurma işləri aparılır, əhalinin rahatçılığı üçün mənzillərdəki su sayğacları pilləkən qəfəslərinə çıxarılır. Əhali və bütün sahələr üzrə istehlakçılar qaneedici səviyyədə su ilə təmin edilir. Bütün bunlar “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin işi peşəkar qurması nəticəsində əldə edilib.
Görüşüb söhbət etdiyimiz sakinlər qurumun fəaliyyətindən razılıq edərək deyirlər ki, Şöhrəddin müəllim istehlakçıların müraciətlərinə olduqca həssas yanaşır, ələlxüsus da əhali qrupundan olan abonentlərlə qayğılanır. 
Amma çox təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri Şöhrəddin Verdiyev haqqında əsassız, şantaj xarakterli məlumatlar yayırlar. Əslində Şöhrəddin müəllim özü tənqidə dözümlü yanaşan, yeri varsa, haqlı iradlardan nəticə çıxaran insandır. Eyni zamanda humanistdir, alicənabdır. Bəllidir ki, istəsə, məhkəmə yolu ilə böhtançıların cəzalandırılmasına nail ola bilər. Di gəl, onların səviyyəsinəı enmək istəmir. Əlbəttə Allah tərəfindən ucalanları bəndə alçalda bilməz! Şər və böhtan yazanlar Allahdan qorxsun.
Çox hörmətli Şöhrəddin Verdiyevə su kimi saf həyat yolu, möhkəm can sağlığı, bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, o, müvəffəqiyyətlərinin sırasını daim artıracaq, biz qələm adamlarına da yazmaq üçün gözəl mövzular verəcəkdir.

Müəllif: Mübariz Nağıyev.

Bizimlə əlaqə saxlayın