E-mail: [email protected]
Daha bir məktəb QALMAQALI: Müəllim dördüncü sinif şagirdini döydü - İDDİA
Yeni tədris prosesi başladığı gündən məktəblərlə bağlı qalmaqallar bitmir. Bu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin dördüncü sinif şagirdini döyməsi iddiası yayılıb.
Turkdunyasi.az Oxu.Az istinadən xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib.
İddiaya görə, valideyn müəllimlə bağlı polisə şikayət edib:
“Valideyn haqlı olaraq etirazını bildirib. Məsələ etirazdan sonra mübahisəyə çevrilib. Valideyn polisə şikayət edib. Ona görə də müəllim valideyni qrupdan çıxarıb, indi isə uşaqdan dərs soruşmur, uşaqla prinsip aparır. Məktəb direktoruna dəfələrlə müraciət olunsa da, problem öz həllini tapmır. Uşaq ağlayır, uşaqların yanında utanır, məktəbə getməyə qorxur. Buna bir son qoymaq lazımdır. Məktəblərdə problem bitmir”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə ilə bağlı araşdırma başlandığını bildirib.
Qeyd edək ki, iki gün öncə Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbdə şagirdlərdən birinin digərini döyməsinin, ötən gün isə məktəblilərin sinif otağında pomidor-yumurta bişirməsinin görüntüləri yayıldı.