okt
2022
14:52
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xırdalanda DƏHŞƏT: ata-ana gecə uşağı döyüb küçəyə atdı

8 okt, 2022
14:52
1684

Abşeronda azyaşlıya valideynləri tərəfindən işgəncə verilib.
Lent.az xəbər verir ki, bu barədə vəkil Vamiq Şükürov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, hadisə gecə saatlarında Xırdalan şəhəri ərazisində qeydə alınıb:
"Bu gün saat 0.03-də marketdən çıxarkən diqqətimi bir uşaq cəlb etdi. Hiss olunurdu ki, şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimisə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım. Çətinliklə olsa da ünsiyyətə keçə bildik. Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də açan olmadı".

Vəkil bildirib ki, uşağın qolundakı xəsarət izlərini görüb polisə məlumat verib və dəhşətli faktlar ortaya çıxıb:
"Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik. Blokdan həyətə düşüb əraziyə gələn polisə təhvil verdik uşağı. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anasıymış. Polis qadın, kişi və uşağı idarəyə apardı".

Bizimlə əlaqə saxlayın