E-mail: [email protected]
Xaçmaz rayonunda Afaq xanıma məxsus olan, çay evi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkar edilmişdir
Əxlaq dedikdə insanın bütün xüsusiyyətləri və adət etdiyi vərdişlər nəzərdə tutulur. İnsan bu xüsusiyyət və vərdişlərin təsiri ilə yaxşı və ya pis davranışlar sərgiləyə bilər. Bir anlayış olaraq əxlaq və ya davranışın həm müsbət, həm də mənfi tərəfləri var.
Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir. Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.
Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır. Təəssüf ki, ayrı-ayrı bölgələrdə bu cür iyrənc üsullarla pul qazanan adamlara rast gəlmək mümkündür. Adətən, həmin şəxslər iaşə obyektlərini hədəf seçir, öz çirkin niyyətlərini bu məkanlarda həyata keçirməyə çalışırlar. Hansı ki, həmin məkanların bu cür fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur.
Elə redaksiyamıza daxil olan şikayətdə məhz bu mövzu ilə bağlıdır. Şikayətdə bildirilir ki, Xaçmaz rayonunda Afaq xanıma məxsus olan, çay evi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkar edilmişdir. Burada 2-3 əxlaqsız qadın fəaliyyət göstərir. Afaq xanım pulları bu əxlaqsız qadınlar sayəsində qazanır. Nəzərinizə çatdırmaq istəyirik ki, bu qadınların nə rəsmi əmək müqaviləsi, nə də sağlamlıq kağızı yoxdur. Obyektdə gündəlik əmək intizamının tələbləri də pozulur. Yəni, burada çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, bu da birbaşa əmək intizamının tələblərinin kobud şəkildə pozulması deməkdir.
Yüzlərlə insanı çirkaba salan bu cür obyektlərin fəaliyyətinə tezliklə xitam verilməlidir Otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə şərait yaradır.
Redaksiyaya daxil olmuş şikayəti yerində araşdırmaq üçün kanal1.az Xəbər Portalının rəhbəri Arzu Orucov tərəfindən dünən yaradılmış telefon əlaqəsi zamanı Afaq xanım özüdə bildirmişdir ki, bəli yanımda əxlaqsız qadınlar işləyirlər. Xanım daha sonra bildirmişdir ki, təxminən 2-3 ay bundan öncə DİN yanında İnsan Alverinə Qarşı Mübarizə İdarəsi məni yerindəcə həbs edib, nazirliyə apardılar.
Buraxıldığı heç 1-2 ay deyil ki, Afaq xanım yenə də öz işindən qalmır. Heç bir vergi ödəmədən külli miqdarda pul, qazanan bu "yuva”ların fəaliyyətinə müvafik orqanlar nədənsə göz yumurlar ki, bu da əsaslı şübhələr yaradır. Şübhəsiz ki, bu obyektlərin sərbəst fəaliyyətinə rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, daha doğrusu, bu məkanların kimlərsə tərəfindən himayə edilməsidir. Aidiyyatı orqanlardan ciddi tədbirlər görmələrini xahiş edirik. Bu tip obyektlərin fəaliyyətinə tezliklə xitam verilməlidir.
Tezliklə sizə əlimizdə olan digər sübut və materialları, video çəkilişləri göstərəcəyik.