17 
okt
2022
20:32
133

Tel:+99450 352 82 91
E-mail: [email protected]

FİRDÖVSİ və XALIQVERDİ BU DƏFƏ də HƏBS EDİLƏN "HİRKAN" MİLLİ PARKININ "MEŞƏ QULDURLARI"nı MƏHKƏMƏDƏ SƏRBƏST BURAXDIRACAQLAR- Əvvəlcədən təbrik edirik!

17 okt, 2022
20:32
98133

 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib. Bu barədə  DİN-dən məlumat verilib.



Belə ki, Baş İdarəyə ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd edilən ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağaclarının kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev və Ramin İbadov müəyyən edilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları oduncaqlar, eləcə də digər maddi sübutlar onlara məxsus anbarlardan aşkar edilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivlərinə külli miqdarda ziyan vurulub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

P.S.   Xatırladaq ki,  “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə oxşar əməliyyat məlumatları  2020-ci ilin martın 11-də də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin 8 nəfərlik dəstəsi tərəfindən də həyata keçirilməsi hadisəsi də baş vermişdir. Elə o vaxt da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin dəstə üzvləri ifşa olunmuş və barələrində  CM-nin 4 maddəsi üzrə cinayət işi açılmışdır. ETSN nazir müavini Firdövsi Əliyevin xüsusi canfəşanlığı sayəsində məhkəməyə təqdim edilən arxa tarxlə yazılan saxta sənədlər əsasında "meşə quldurları" başda İlqar Qəribov olmaqla bütün dəstə üzvləri Şəki Ağır Cinayətlər Məhkəməsində sədrlik hakim Rafail Hüseynovun "ədaləti"li hökmü ilə  30 iyul 2021-ci il, gecə saat 22-00-da azad edilmişlər. Necə deyərlər,  "Qəbələ meşə quldurlarının" sağ əlləri "Hirkan" Milli Parkının "meşə quldurlarının" başına. Nə qədər ki, bu dəstələrə əmr verən Firdövsi Əliyev və Xalıqverdi hüseynovlar var, Azrbaycan regionlarında ciddi fəaliyyət göstərən heç bir meşə quldur dəstəsi cəzalana bilməz!
İfadetv.com-un araşdırma qrupu



Bizimlə əlaqə saxlayın