18 
okt
2022
13:16
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bal yarmarkasında İNSİDENT: satıcını döydülər

18 okt, 2022
13:16
990

Bakıda yarmarkada kişi döyülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 10 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfər xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döyüblər.
Bu barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar.
 Araşdırma aparılır.
Qeyd edək ki, hadisə "Gənclik" metrostansiyası ətrafında təşkil edilən bal yarmarkasında baş verib. Döyülən T. Baxşıyev Astaradan Bakıya satmağa bal gətiribmiş.

Bizimlə əlaqə saxlayın