22 
okt
2022
13:05
111

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlax sakinindən iki kiloqram marixuana aşkar olunub - FOTO

22 okt, 2022
13:05
16111

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Cabir Əmirov saxlanılıb. Aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın