24 
okt
2022
00:30
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Aptek Bəxtiyar" özünü niyə güllələdi?-TƏFƏRRÜAT-YENİLƏNİB

24 okt, 2022
00:30
997

Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.
O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.

Bəxtiyar Səmədov şəhərdə "Aptek Bəxtiyar" kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.
Hadisənin baş vermə səbəbi araşdırılır.
***
saat 16.57
Mingəçevirdə intihar hadisəsi baş verib.
APA xəbər verir ki, şəhər sakini Bəxtiyar Səmədov odlu silahdan atəş açaraq özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bəxtiyar Səmədov əczaçılıq fəaliyyəti ilə məşğul olub.

Bizimlə əlaqə saxlayın