E-mail: [email protected]
“Whatsapp” çökdü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Artıq 1 saatdan çoxdur ki, “WhatsApp” tətbiqinin fəaliyyətində yaranan problemlər davam edir.
Lent.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.
“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən isə şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır:
"Qlobal xarakter daşıyan problem bir çox ölkələrdə müşahidə olunur. Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və "WhatsApp"ı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq".
***
saat 11:45
“Whatsapp” platforması Azərbaycanla yanaşı, bir çox dünya ölkələrində də çöküb.
Lent.az xəbər verir ki, Almaniya, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və başqa ölkələrdə messencerin fəaliyyətində problemlər yaranıb.Bunun səbəbi hələlik məlum deyil.
***
11:32
“Whatsapp” sosial şəbəkəsinin fəaliyyətində nasazlıq müşahidə olunub.
Lent.az xəbər verir ki, istifadəçilər tətbiqi işlətməkdə çətinlik çəkdiklərini bildiriblər.
Bəzi istifadəçilərdə göndərilən ismarıclar çatmadığı halda, bəzilərində platforma ümumiyyətlə işləmir.